
Azərbaycan Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub
Azərbaycan 11-14 oktyabrda Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa–Asiya Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub. Avialand.az bu barədə Dövlət Turizm Agentliyinə…
Azərbaycan 11-14 oktyabrda Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa–Asiya Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub.
Avialand.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Monteneqronun Turizm Nazirliyinin BMT Turizm ilə əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Agentliyin Aparat rəhbəri Kənan Əliyev iştirak edib.
Tədbirdə çıxış edən K.Əliyev Azərbaycanın turizm sahəsində təcrübəsi, investisiya mühitinin yaxşılaşdırılması və Azərbaycan-Monteneqro əməkdaşlığı barədə danışıb. O həmçinin Azərbaycanda turizmin uzunmüddətli inkişafı və investisiya mühitinin təkmilləşdirilməsi üzrə "2026–2030-cu illər üzrə Turizmin İnkişafına dair Dövlət Proqramın" da nəzərdə tutulan addımlar, dövlət-özəl sektor tərəfdaşlığı və investiya təşviqlər haqqında məlumat verib.
BMT Turizm Təşkilatının Baş katibi Şeyxa əl Novais və 30-dan çox ölkənin rəsmi nümayəndələrinin və investorlarının qatıldığı forumda dayanıqlı turizmin inkişafı, investisiyaların təşviqi və beynəlxalq tərəfdaşlıq imkanları müzakirə olunub.


















